...

Lökbatanda evdən 8 min manata yaxın pul oğurlamış şəxs saxlanılıb

Hadisə Materials 14 İyul 2014 13:19 (UTC +04:00)
Lökbatanda içində 8 min manata yaxın pul olan seyfi oğurlamış şəxs saxlanılıb.
Lökbatanda evdən 8 min manata yaxın pul oğurlamış şəxs saxlanılıb

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Lökbatanda içində 8 min manata yaxın pul olan seyfi oğurlamış şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 13-nə keçən gecə, Lökbatan qəsəbəsində yaşayan İlham Əliyevin evindən, içərisində 7800 manat olan dəmir seyf və mobil telefon oğurlanıb.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Yardımlı rayon sakini, 1994-cü il təvəllüdlü Neymət Əlişov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti