...

Şəmkirdə ana oğlunun qatilinin evini yandırıb

Hadisə Materials 14 Avqust 2014 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Şəmkirdə ana oğlunun qatilinin evini yandırıb.

Avqustun 13-də Şəmkir rayonu Sabirkənd kəndinin ərazisində kənd sakini Vüqar Əliyev münaqişə zəminində Zəyəm qəsəbə sakini Pərvin Tanrıvediyevi bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əliyev tutulub.

P.Tanrıverdiyevin qətlə yetirilməsi ilə əlaqədar onun anası Vəfa qisas məqsədi ilə Vüqar Əliyevin evini yandırıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti