Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İlkin İzzət/
Ağstafa rayonunda minik avtomobili yük qatarı ilə toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 12-də saat 15 radələrində Ağstafa rayonunun Muğanlı kəndində qorunmayan keçiddə Qarayazı kənd sakini Anar Həşimov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yük qatarına vurub.
A.Həşimovun sərnişinlərindən Şaiq Bəhrəmov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar araşdırma aparılır.