...

Xocəsən sakinindən narkotik vasitə və tapança götürülüb

Hadisə Materials 6 Oktyabr 2014 14:01 (UTC +04:00)
Xocəsən qəsəbə sakinindən narkotik vasitə və tapança aşkar edilərək götürülüb.
Xocəsən sakinindən narkotik vasitə və tapança götürülüb

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Xocəsən qəsəbə sakinindən narkotik vasitə və tapança aşkar edilərək götürülüb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xocəsən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fuad Əsədullayevdən 0,35 qram marixuana götürülüb.

Onun evinə baxış zamanı isə 5 kiloqram 460 qram marixuana və xaricdə istehsal olunmuş "Parad-117" markalı tapança da aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti