...

Zaqatalada avtomobil ağaca çırpılıb, xəsarət alan var

Hadisə Materials 8 Oktyabr 2014 09:32 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Zaqatala rayonu, Muğanlı kəndində “Vaz” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Zaqatalada avtomobil ağaca çırpılıb, xəsarət alan var

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Zaqatalada avtomobil ağaca çırpılıb, xəsarət alan var.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Zaqatala rayonu, Muğanlı kəndində "Vaz" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "Vaz" markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti