...

Türkiyədə etiraz aksiyalarında dörd polis yaralanıb

Hadisə Materials 9 Oktyabr 2014 11:51 (UTC +04:00)
Türkiyənin Mersin vilayətində keçirilən etiraz aksiyaları nəticəsində dörd polis yaralanıb. Trend xəbər verir ki, bu barədə Türkiyənin “Milliyyət” qəzeti məlumat yayıb.
Türkiyədə etiraz aksiyalarında dörd polis yaralanıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Mersin vilayətində keçirilən etiraz aksiyaları nəticəsində dörd polis yaralanıb. Trend xəbər verir ki, bu barədə Türkiyənin "Milliyyət" qəzeti məlumat yayıb.

Etiraz aksiyasının iştirakçıları Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) mənzil-qərargahının yerləşdiyi binanı yandırıblar.

Qeyd edək ki, ölkənin 6 əyalətində oktyabrın 8-dən komendant saatı elan edilib. Komendant saatı Diyarbakır, Mardin, Siirt, Muş, Van və Batman əyalətində tətbiq edilib.

Məhz bu bölgələrdə etirazlar və iğtişaşlar daha geniş vüsət alıb. Etirazçılar mağazalara və bələdiyyə əmlakına ciddi zərər vurur, polis əməkdaşlarını daş-qalaq edir. Etirazçılar həmçinin yandırıcı maye ilə doldurulmuş şüşə qablarından istifadə edərək bina və obyektlərə, avtomobillərə od vurur.

Etiraz aksiyalarında əsasən yerli kürdlər, kürdyönümlü partiyaların və PKK-nın tərəfdarları iştirak edirlər. Suriyanın Kobani şəhəri ətrafında yaranmış vəziyyətin iğtişaşlara əsas səbəb olduğu bildirilir.

O da bildirilir ki, Türkiyənin bəzi vilayətlərində baş verən kütləvi iğtişaşlarda 22 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti