Azərbaycan, Bakı, 21 oktyabr /Trend/
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Ebola" virusunun mümkün yayılmasına hazırlaşmalı olan 14 ölkədən ibarət siyahı tərtib edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu ölkələr "Ebola" virusu ilə bağlı milli plan hazırlamalıdırlar.
Həmin 14 ölkənin epidemiyanın və yüksək miqrasiya axınının müşahidə olunduğu dövlətlərlə ümumi sərhədləri var.
ÜST-nin məlumatına görə, Qərbi Afrikada yayılmış "Ebola" virusundan artıq 4,5 mindən çox insan ölüb. Virusdan yoluxma halları Liberiya, Syerra-Leone, Qvineya, Nigeriya və Seneqalda qeydiyyata alınıb.