Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Ottavada Kanada parlamentinin binasında atəş açan naməlum şəxs güllələnib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Kanada parlamentinin deputatı Bernar Trottye "Twitter" səhifəsində yazıb.
Naməlum şəxs binanın yaxınlığındakı hərbi qulluqçusu yaralayıb içəri daxil olduqdan sonra ölkənin Baş naziri Stiven Harperi təxliyə ediblər.