...

Bakıda bəzi evləri su basıb, insanlara köməklik göstərilib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 3 Noyabr 2014 14:54 (UTC +04:00)

İlk xəbər 9:20-də yayılıb

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bakı şəhəri ərazisində intensiv yağışın yağması ilə əlaqədar fərdi yaşayış evlərinə su dolub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, hadisə ilə əlaqədar olaraq Nərimanov rayonu ərazisində evdən çıxması çətinləşmiş 5 nəfərə müvafiq köməklik göstərilib.

Həmçinin Binəqədi rayonu ərazisində evdən çıxması çətinləşmiş 2 nəfərə müvafiq köməklik göstərilib.

Daha sonra yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri, Sabunçu rayonu ərazisində 5 nəfər fərdi yaşayış evində köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi texnika vasitəsi ilə vətəndaşları su basmış ərazidən təxliyyə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti