Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İlkin İzzət/
Zaqatalada fındıq zavodundan oğurluq etmiş 3 nəfər tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Tural Paşayev, Məhəmməd Mamayev və Bərdə rayon sakini Ramin Məmmədov tutulublar.
Onlar noyabrın 6-da Abdulla Dinbazova məxsus fındıq emalı sexindən 360 kiloqram təmizlənmiş fındıq oğurlayıblar.