...

DİN Bakıda zəncirvari qəza ilə bağlı məlumat yaydı

Hadisə Materials 21 Noyabr 2014 13:06
N.Məmmədova, A.Şükürova və sərnişini Orxan Şərifova xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
DİN Bakıda zəncirvari qəza ilə bağlı məlumat yaydı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İlkin İzzət/

Noyabrın 20-də saat 17 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində Bakı şəhər sakini Nazim Məmmədovun idarə etdiyi "ZİL" markalı avtokranı həmyerlisi Hafiz Hüseynova məxsus "Mercedes" markalı avtomobilə, habelə yolun kənarında dayanmış paytaxt sakinləri Yusif Şıxlarova məxsus "Toyota", Asəf Şükürova məxsus "VAZ-2107" və David Əliyevə məxsus "Mercedes" markalı avtomobillərə vurub.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, sonradan H.Hüseynovun avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini Oqtay Zərbəliyevə məxsus "Mercedes" markalı avtomobilə dəyib.

N.Məmmədova, A.Şükürova və sərnişini Orxan Şərifova xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti