...

Bakıda itkin düşmüş 3 gənc tapılıb

Hadisə Materials 1 Dekabr 2014 11:45 (UTC +04:00)
Bakıda itkin düşmüş 3 gənc tapılaraq ailələrinə təhvil verilib.
Bakıda itkin düşmüş 3 gənc tapılıb

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda itkin düşmüş 3 gənc tapılaraq ailələrinə təhvil verilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 26-da itkin düşən Ağstafa rayon sakini, 1993-cü il təvəlüdlü Cəmilə Sultanova, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 8-də itkin düşən 1982-ci il təvəllüdlü İxtiyar Hüseynov, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 25-də itkin düşən 1983-cü il təvəllüdlü Oleq Nekrasov tapılaraq ailələrinə təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti