...

Bakıda avtoyuma məntəqəsində maşından oğurluq edilib

Hadisə Materials 22 Dekabr 2014 11:32 (UTC +04:00)
Bakıda avtoyuma məntəqəsində maşından oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.
Bakıda avtoyuma məntəqəsində maşından oğurluq edilib

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda avtoyuma məntəqəsində maşından oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi, Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtoyuma məntəqəsinin işçiləri, Biləsuvar rayon sakinləri - 1983-cü il təvəllüdlü Riyad Babayev və 1994-cü il təvəllüdlü Nihad Nəzərli tutulub.

Onlar dekabrın 19-da saat 12:00 radələrində, 6-cı mikrorayon S.Məmmədova küçəsində yerləşən avtoyuma məntəqəsində Bakı şəhər sakini Zəfər Sadıqova məxsus "Audi" markalı avtomobildən 2000 manat oğurlamaqda şübhəli bilinirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti