...

DİN Sumqayıtda 1 nəfərin öldüyü, 2 nəfərin xəsarət aldığı yanğınla bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 15 Yanvar 2015 14:05 (UTC +04:00)
Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində evdə baş verən yanğın zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
DİN Sumqayıtda 1 nəfərin öldüyü, 2 nəfərin xəsarət aldığı yanğınla bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İlkin İzzət/

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində evdə baş verən yanğın zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 14-də saat 12 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində Teymur Bağırovun yaşadığı 2 mərtəbəli 7 otaqlı evdə yanğın baş verib.

Nəticədə 100 kvm. sahədə ev əşyaları yanıb, yanıq xəsarəti almış T.Bağırovun azyaşlı nəvəsi Elşən Bağırov və qonşusu Bəhlul İsmayılov xəstəxanaya yerləşdiriliblər.

Yanğın söndürüldükdən sonra T.Bağırovun qızı - Tovuz rayon sakini Ülviyyə Bağırovanın yanmış meyiti tapılıb.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti