...

Lənkəranda tiryəkxana-ev aşkar edilib

Hadisə Materials 12 Fevral 2015 15:40 (UTC +04:00)
Lənkəran şəhər sakininin öz evində tiryəkxana saxlaması müəyyən edilib.
Lənkəranda tiryəkxana-ev aşkar edilib

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İlkin İzzət/

Lənkəran şəhər sakininin öz evində tiryəkxana saxlaması müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Fuad Yusibovun evində tiryəkxana saxlaması müəyyən edilib.

Onun evinə baxış zamanı 403 qram heroin, 112 qram tiryək, 0,5 qram həşiş, 10 qram marixuana, 15 qram çətənə toxumu, 30 qram antifetamin və 160 ədəd metadon həbləri aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti