...

Keçmiş məhkum narkotik və silahla yenidən tutuldu

Hadisə Materials 26 Fevral 2015 12:27 (UTC +04:00)
Paytaxtda keçmiş məhkumdan narkotik vasitə və silah götürülüb.
Keçmiş məhkum narkotik və silahla yenidən tutuldu

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/

Paytaxtda keçmiş məhkumdan narkotik vasitə və silah götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 25-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü İvan Petroviç Şitovdan 1,27 qram həşiş qətranı və "İJ-K" markalı, 16 kalibrli, qundağı və lüləsi kəsilmiş vəziyyətdə silah aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti