Azərbaycan, Bakı, 3 mart /Trend/
Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin 2 otağı, dəhlizi və vanna otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.
Trend-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən binadan 15 nəfər sakin təhlükəsiz yerə təxliyyə olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub.