Azərbaycan, Bakı, 2 aprel /Trend/
Bakıda mənzildə qadın meyiti tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda mənzildə vətəndaş bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və vətəndaşın cəsədini aşkar ediblər.
Naməlum qadın cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:51-də başa çatıb.