...

Azərbaycanda xeyli silah-sursat aşkar edilib

Hadisə Materials 3 Aprel 2015 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İlkin İzzət/

Daxili işlər orqanları tərəfindən ölkə ərazisində xeyli silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lerik RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nurəvud kənd sakini Qurbanəli Babayevin evindən 1 ədəd nömrəsi silinmiş "Naqan" markalı tapança, 1 ədəd kustar üsulla hazırlanmış tapança, 1 ədəd idman tapançası, 1 ədəd qundağı kəsilmiş və 3 ədəd lüləsi kəsilmiş və nömrəsi silinmiş ov tüfəngi, 3 ədəd kustar üsulla hazırlanmış bıçaq, 67 ədəd müxtəlif çaplı patron, 1,5 kiloqram qırma, 75 ədəd giliz və tüfəng üçün lülə və qundağqar aşkar edilərək götürülüb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş Samir Babayevin evindən "Naqan" markalı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.

Naxçıvan şəhər sakini Tural Hüseynov isə tapdığı 1 ədəd nömrəsi silinmiş "AKMS" silahını, 90 ədəd avtomat patronunu və 1 ədəd patron darağını Naxçıvan DİN Mühafizə Şöbəsinə təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti