...

Dənizdə iki meyit tapılıb

Hadisə Materials 20 Aprel 2015 13:09 (UTC +04:00)
Xəzər dənizində iki meyit tapılıb.
Dənizdə iki meyit tapılıb

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İlkin İzzət/

Xəzər dənizində iki meyit tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 19-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində dənizdə qəsəbə sakini Şamil Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Həmin gün Neftçala rayonunun Qoltuq qəsəbəsində dənizdə 25-35 yaşlı çürüməyə məruz qalmış kişi meyiti tapılıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti