...

Düşmən mərmisi Tovuz sakininin evini təhlükə ilə üz-üzə qoyub (FOTO)

Hadisə Materials 24 Aprel 2015 16:27 (UTC +04:00)
Tovuzun Hacallı kəndində evlər ermənilər tərəfindən tez-tez atəşə tutulur.
Düşmən mərmisi Tovuz sakininin evini təhlükə ilə üz-üzə qoyub (FOTO)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Tovuzun Hacallı kəndində evlər ermənilər tərəfindən tez-tez atəşə tutulur.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, kənd sakini Zina Fərhadovanın illlər öncə tikib-qurduğu ev də bu səbəbdən təhlükəli vəziyyətdədir. Evin hər tərəfində yaranan iri çatlar binanı dağılmaq təhlükəsi ilə üz-üzə qoyub. Kənd sakini bildirir ki, bir neçə il öncə ermənilərin atdığı mərmi onun yaşadığı evin yaxınlığına düşərək həyətin torpağını göyə sovurub. Xoşbəxtlikdən güclü partlayış olmasa da, ərazidə dərin çökəklik yaranıb. Mərmi hazırda binanın zirzəmisində qaldığından ev sahibi bundan narahatdır.

70 yaşlı Z.Fərhadova aidiyyəti qurumların tezliklə mövcud problemi həll edəcəklərinə ümid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti