Azərbaycan, Bakı, 25 aprel /Trend/
Bakı şəhəri, Nəsimi rayonunda tikilməkdə olan binanın zirzəmisində yanğın hadisəsi baş verib.
Trend-in FHN-ə istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, yanğınla bağlı çağırış olub, lakin hər hansı xəsarət qeydə alınmayıb.