...

Lənkəranda partlayış: xəsarət alan var (VİDEO)

Hadisə Materials 1 May 2015 16:08 (UTC +04:00)
Lənkəranda evdə güclü partlayış olub.
Lənkəranda partlayış: xəsarət alan var (VİDEO)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İlkin İzzət/

Lənkəranda evdə güclü partlayış olub.

Trend Region TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Koroğlu küçəsi, 62 ünvanında 1969-cu il təvəllüdlü Aybəniz Zeynalovaya məxsus ümumi sahəsi 9 kv.m olan evdə qeydə alınıb. İlkin ehtimallara görə, evdəki kiçik tutumlu qaz balonunun partlaması ilə yanğın baş verib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşınının və canlı qüvvəsinin səyləri ilə söndürülsə də, partlayışın zərbəsindən ev tamamilə dağılıb.

Nəticədə ev sahibinin yaxın qohumu, 67 yaşlı Lətifə İbad qızı Zeynalova ağır yanıq xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti