...

Bakıda intiharın qarşısı alınıb

Hadisə Materials 20 İyun 2015 10:05 (UTC +04:00)
Bakıda bir nəfərin intiharın qarşısı alınıb.
Bakıda intiharın qarşısı alınıb

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda bir nəfərin intihar etməsinin qarşısı alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1000 metr sola, nəzarətsiz ərazidə) bir nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.

Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib. Əməliyyat gecə saatlarında başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti