...

Bakıda dördüncü mərtəbədən yıxılan şəxs sağ qalıb

Hadisə Materials 27 İyul 2015 09:42 (UTC +04:00)
Bakıda bir nəfər dördüncü mərtəbədən yıxılıb.
Bakıda dördüncü mərtəbədən yıxılan şəxs sağ qalıb

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Bakıda bir nəfər dördüncü mərtəbədən yıxılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbədəki mənzilinın eyvanından yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər vətəndaşa müvafiq köməklik göstərərək aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti