Azərbaycan, Bakı, 8 avqust /Trend/
Cəlilabad rayonunda ağır yol qəzası baş verib - ölən var.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 7-də saat 18 radələrində Cəlilabad rayonunun Alar kəndində Gülməmmədli kənd sakini Ağasən Səfərovun idarə etdiyi "Mercedes" və şəhər sakini Elçin Muradovun idarə etdiyi "VAZ-2108" markalı avtomobillər toqquşub.
Nəticədə E.Muradov hadisə yerində ölüb, 2 sərnişin, həmçinin digər avtomobilin sürücüsü xəstəxanaya yerləşdiriliblər.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.