...

QMİ Məkkədəki azərbaycanlı zəvvarlarla bağlı rəsmi açıqlama verdi (ƏLAVƏ OLUNUB-6)

Hadisə Materials 24 Sentyabr 2015 13:40 (UTC +04:00)
Məkkədə - Mina dağında yaranan izdiham nəticəsində 310 nəfər ölüb, 450 nəfər isə xəsarət alıb.
QMİ Məkkədəki azərbaycanlı zəvvarlarla bağlı rəsmi açıqlama verdi (ƏLAVƏ OLUNUB-6)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbirlər Rufiz Hafizoğlu, İlhamə İsabalayeva/

(İlk xəbər 13.32-də yayımlanıb)

Məkkədə - Mina dağında yaranan izdiham nəticəsində 310 nəfər ölüb, 450 nəfər isə xəsarət alıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Ölən və yaralananların milli mənsubiyyəti barədə hələlik məlumat verilmir.

x x x

Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, hazırda zəvvarlarımızla əlaqə yaratmağa çalışılır. Hazırda təqribən 2600 zəvvarımız Mina dağındadır.

İdarə rəsmisinin sözlərinə görə, hazırda bütün zəvvarlar Mina dağındadırlar. Onlar 3 gün ərzində burada şeytana daş atmalıdırlar.

x x x

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi baş vermiş insidentdə Azərbaycan vətəndaşlarının olması məsələsini bu ölkənin dövlət qurumları ilə araşdırır.

x x x

Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, azərbaycanlı zəvvarlarla telefon danışığı olub.

M.Payızovun sözlərinə görə, ölən və yaralılar arasında azərbaycanlılar yoxdur. Mina dağındakı hadisə azərbaycanlı zəvvarlar oradan ötüb keçdikdən sonra baş verib.

x x x

Həcc dövründə baş vermiş ən böyük insidentlər:

1990-cı il - Məkkədən Mina çadır şəhərciyinə aparan piyada tunelində 1427 zəvvar ölüb.

1994-cü il - qarışıqlıqda 270 zəvvar ölüb.

1997-cı il - yanğın nəticəsində 343 zəvvar ölüb və təqribən 1500-ü yaralanıb.

1998-ci il - izdihamda 118 zəvvar ölüb.

2001-ci il izdihamda 35 zəvvar ölüb.

2004-cü il ayin zamanı izdihamda 251 zəvvar ölüb.

2006-cı il - ayin zamanı izdihamda 345 zəvvar ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti