...

Şamaxıda iki avtomobil toqquşub

Hadisə Materials 14 Noyabr 2015 16:30 (UTC +04:00)
Şamaxıda yol qəzası baş verib.
Şamaxıda iki avtomobil toqquşub

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Şamaxıda yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Şamaxı rayonu, Bakı-Şamaxı-Qazax yolunun 126-cı kilometrliyində iki minik avtomobili toqquşub.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti