Bakı. Trend:
Gəncədə yol qəzası baş verib.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, yol qəzası Şah İsmayıl Xətai prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində baş verib.
Prospekt ilə hərəkət edən "VAZ 21099" markalı avtomobil qarşı tərəfdən gələn "VAZ 2106" markalı maşınla toqquşub. Hadisə zamanı sərnişin 42 yaşlı İqlimə Rüstəmova bədən xəsarətləri alıb.
Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta ağır kimi qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.