...

Yol qəzası daha bir can aldı

Hadisə Materials 14 Dekabr 2015 13:31 (UTC +04:00)
Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Yol qəzası daha bir can aldı

Bakı. Elmir Murad - Trend:

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Ramana qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Aslan Cabbarov vurulub. O, hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti