...

Şəmkirdə yol qəzası baş verib, yaralanan var

Hadisə Materials 27 Dekabr 2015 00:29 (UTC +04:00)
Şəmkir sakini avtoqəza nəticəsində ağır yaralanıb.
Şəmkirdə yol qəzası baş verib, yaralanan var

Bakı. Trend:

Şəmkirdə sürücünün xəsarəti ilə nəticələn yol qəzası baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, rayonun Çinarlı kəndində sürücü tŞəmkir rayon sakini 36 yaşlı Ruslan Abbasov idarə etdiyi avtomobilin idarəetməsini itirib və qəza törədib.

Nəticədə adıçəkilən şəxs ağır xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) travmatalogiya şöbəsinə yerləşdirilib.

Xəstənin vəziyyəti ağır olduğu üçün o reanimasiyan şöbəsinə aparılıb. Həkimlər xəstənin çoxlu qan itirdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti