Ucarda ticarət mərkəzində yanğın baş verib

Hadisə Materials 29 Dekabr 2015 00:07 (UTC +04:00)

Bakı. Trend:

Ucarda ticarət mərkəzində yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ucar şəhərində ümumi sahəsi 10000 kv.m olan ticarət mərkəzində sahibləri məlum olmayan, bir-birinə bitişik, arakəsmə divarı lambirdən ibarət 5 ədəd ticarət köşkünün yanar konstruksiyaları 76 kv.m sahədə yanıb.

Digər ticarət obyektləri yanğından mühafizə olunub.

Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti