Bakı. Trend:
Paytaxtda tibb müəssisəsində yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli tibb müəssisəsinin 1-ci mərtəbəsində ümumi sahəsi 8 kv.m olan rentgen otağında lambirdən ibarət tavan 4 kv.m sahədə və UPS aparatının hər birinin gücü 12 Vt olan 4 ədəd akkumulyatoru yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.