Bakı. Trend:
Polis Sumqayıt şəhərində xüsusi amansızlıqla qətl törədən şəxsi axtarır.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 22-də Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan 24 yaşlı Səbinə Salayevanın evində Bakı şəhər sakini, tanışı, əvvəllər məhkum olunmuş Cəfər Ağayev münaqişə zəminində ona bıçaqla çoxsaylı xəsarətlər yetirib və hadisə yerini tərk edib.
S.Salayeva hadisə yerində ölüb.
Sumqayıt ŞPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.