...

Nardaranda bədbəxt hadisə, fəhləni traktor vurub öldürdü

Hadisə Materials 8 Fevral 2016 15:01 (UTC +04:00)
Nardaran qəsəbəsində fəhlə bədbəxt hadisə nəticəsində ölüb.
Nardaranda bədbəxt hadisə, fəhləni traktor vurub öldürdü

Bakı. Trend:

Nardaran qəsəbəsində fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə fevralın 7-də Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində baş verib.

Qəsəbədə aparılan təmir-tikinti işləri zamanı Şərur rayon sakini Pərviz Əliyev "CSB" markalı traktorla manevr edərkən traktorun kovşu orada fəhlə işləyən Bakı şəhər sakini Araz Hümbətova dəyib. A.Hümbətov xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti