...

İTV-nin itkin düşmüş əməkdaşının meyiti tapılıb

Hadisə Materials 26 Fevral 2016 20:41 (UTC +04:00)
İctimai Televiziyanın (İTV) itkin düşmüş əməkdaşı Rəşad Əliyevin meyiti tapılıb.
İTV-nin itkin düşmüş əməkdaşının meyiti tapılıb

Bakı. Samir Əli - Trend:

İctimai Televiziyanın (İTV) itkin düşmüş əməkdaşı Rəşad Əliyevin meyiti tapılıb.

R.Əliyevin yaxınları Trend-ə deyiblər ki, onun cəsədi Bakı Kristal Zalının yaxınlığında, dənizdə aşkar edilib.

Suraxanı rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki, hazırda faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, İTV-də quruluşçu rejissor işləmiş 1973-cü il təvəllüdlü R.Əliyev bu il yanvarın 23-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti