...

Lənkəranda transformator yanıb

Hadisə Materials 6 Mart 2016 14:55 (UTC +04:00)
Gündüz saatlarında Lənkəranda yanğın faktı qeydə alınıb.
Lənkəranda transformator yanıb

Bakı. Trend:

Gündüz saatlarında Lənkəranda yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Lənkəran şəhərində transformatorun içərisində olan yağ açarı və qoruyucu yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib.

Transformatorun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti