Baki. Trend:
Samuxda bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Gəncə-Samux avtomobil yolunun Samux rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106" ilə "Kamaz" markalı avtomobilin toqquşması nəticəsində, "VAZ"-ın sürücüsü, Samux rayonu Qaraarx kənd sakini, Aydın Xəlilov müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.