...

Yasamalda tikinti şirkətinə basqınla bağlı cinayət işi açıldı

Hadisə Materials 23 İyun 2016 18:36 (UTC +04:00)
İyunun 10-da Bakının Şərifzadə küçəsi, 12 ünvanında yerləşən "Evrostroy-S" MMC-nin ofisinə basqın edilməsi ilə bağlı cinayət işi açılıb.
Yasamalda tikinti şirkətinə basqınla bağlı cinayət işi açıldı

Bakı. Samir Əli - Trend:

İyunun 10-da Bakının Şərifzadə küçəsi, 12 ünvanında yerləşən "Evrostroy-S" MMC-nin ofisinə basqın edilməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Trend-ə vəkil Vüqar Babayev məlumat verib.

Hüquq müdafiəçisi bildirib ki, faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb:

"Faktla bağlı cinayət işi başlansa da, hələlik məsuliyyətə cəlb edilən yoxdur. Şirkətə basqın edənlər, şirkətin iki əməkdaşını döyənlər məlumdur. Amma saxlanılan yoxdur".

Bakıda tikinti şirkətinə basqın edən şəxslərin biri dünya çempionu imiş

Bakıda tikinti şirkətinə basqın edən şəxslərin biri dünya çempionu imiş

Qeyd edək ki, "Evrostroy-S" MMC-nin ofisinə basqın edərək şirkətin inşa etdiyi binadakı obyektlərdən birini tələb edən və bu zaman onların bu tələbi ilə razılaşmayan "Evrostroy-S" MMC-nin meneceri vəzifəsində işləyən Bəxtiyar Təhməzovu və İlqar adlı şəxsi ölümcül döyərək ağır xəsarətlər yetirən idmançılardan ibarət qrupun iki üzvünün şəxsiyyəti müəyyən edilib.

Həmin şəxslərdən biri, dəstəyə başçılıq edən, cinayətkar aləmdə "Toto" ləqəbi ilə tanınan, kikboksinq döyüş növü üzrə idman ustası, dəfələrlə dünya və Avropa çempionu olan Qarayev Rafael Nüsrət oğludur. Basqında iştirak edən cinayətkar dəstənin digər iştirakçısı 2001-ci ildə Şəki şəhərində baş vermiş kütləvi iğtişaşlara görə həbs edilərək uzun müddət məhkumluq həyatı yaşamış Azad Lətifov adlı şəxsdir.

Qeyd edək ki, hadisə nəticəsində zərərçəkmiş şəxslərin hər ikisinin vəziyyəti ağır olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti