...

Bakıda tikinti şirkətinə basqın edən şəxslərin biri dünya çempionu imiş

Hadisə Materials 14 İyun 2016 16:30 (UTC +04:00)
Bəxtiyar Təhməzovu və İlqar adlı şəxsi ölümcül döyərək ağır xəsarətlər yetirən idmançılardan ibarət qrupun iki üzvünün şəxsiyyəti müəyyən edilib.
Bakıda tikinti şirkətinə basqın edən şəxslərin biri dünya çempionu imiş

Bakı. Samir Əli - Trend:

İyunun 10-da Bakının Şərifzadə küçəsi, 12 ünvanında yerləşən "Evrostroy-S" MMC-nin ofisinə basqın edərək şirkətin inşa etdiyi binadakı obyektlərdən birini tələb edən və bu zaman onların bu tələbi ilə razılaşmayan "Evrostroy-S" MMC-nin meneceri vəzifəsində işləyən Bəxtiyar Təhməzovu və İlqar adlı şəxsi ölümcül döyərək ağır xəsarətlər yetirən idmançılardan ibarət qrupun iki üzvünün şəxsiyyəti müəyyən edilib.

Bu barədə Trend-ə zərərçəkmiş Bəxtiyar Təhməzovun vəkili Ceyhun Yusifov məlumat verib.

Vəkil bildirib ki, dəstəyə cinayətkar aləmdə "Toto" ləqəbi ilə tanınan, kikboksinq döyüş növü üzrə idman ustası, dəfələrlə dünya və Avropa çempionu olan Qarayev Rafael Nüsrət oğlu başçılıq edib. Qeyd edilən şəxsin adı dəfələrlə iş adamlarından hədə-qorxu ilə pul tələb etmə və sair kriminal olaylarda hallanıb.

Onun sözlərinə görə, basqında iştirak edən cinayətkar dəstənin digər iştirakçısı 2001-ci ildə Şəki şəhərində baş vermiş kütləvi iğtişaşlara görə həbs edilərək uzun müddət məhkumluq həyatı yaşamış Azad Lətifov adlı şəxsdir: "Bu şəxs də cinayətkar aləmdə kifayət qədər tanınmış şəxsdir. Həmçinin hadisə şahidlərinin dediyinə görə olay zamanı orada Rafael Qarayev və onun dəstəsi ilə birlikdə Füzuli adlı şəxs də gəlib".

Qeyd edək ki, hadisə nəticəsində zərərçəkmiş şəxslərin hər ikisinin vəziyyəti ağır olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti