...

Yevlaxda “Chevrolet” idarəetməni itirdi, ölən var

Hadisə Materials 6 Avqust 2016 08:55 (UTC +04:00)
Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib
Yevlaxda “Chevrolet” idarəetməni itirdi, ölən var

Bakı. Trend:

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyin-dən Trend-ə verilən məlumata görə, Yevlax rayonu, Salahlı kəndində “Chevrolet” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Aran Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin 1966-cı il təvəllüdlü Quliyeva Sevda Yunis qızının cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:20-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti