...

Ölümlə nəticələnən zəncirvari qəza törətmiş avtobus sürücüsünə 9 il cəza verildi

Hadisə Materials 14 Dekabr 2016 13:48 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn ağır yol qəzası törətməkdə təqsirləndirilən Dünyamalı Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ölümlə nəticələnən zəncirvari qəza törətmiş avtobus sürücüsünə 9 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən ağır yol qəzası törətməkdə təqsirləndirilən Dünyamalı Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə D.Rzayev 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il aprelin 8-də Nizami rayonu ərazisində 103 saylı marşrut xəttinin sürücüsü 1988-ci il təvəllüdlü D.Rzayev idarə etdiyi “Otoyol” markalı 90 OG 171 dövlət nömrə nişanlı avtobusla yolu keçən piyada, 1954-cü il təvəllüdlü Svetlana Jitovanı vurub, sonra isə hərəkətdə olan 30 saylı marşrut xəttinin sürücüsü 1984-cü il təvəllüdlü Vasif Əliyevin idarə etdiyi “Daewoo” markalı 10 TG 373 dövlət nömrə nişanlı avtobusla toqquşub.

Sonuncu idarəetməni itirərək Araslan Xəlilovun idarə etdiyi “VAZ 2107” markalı 10 LG 127 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində piyada S.Jitova aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtobuslarda olan sərnişinlərdən 10 nəfər isə müxtəlif bədən xəsarətləri alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti