...

Masallıda 6 məsciddən oğurluq edilib

Hadisə Materials 10 Yanvar 2017 12:29 (UTC +04:00)
Masallı rayonunda məscidin nəzir qutusundan oğurluq edilib.
Masallıda 6 məsciddən oğurluq edilib

Bakı. Trend:

Masallı rayonunda məscidin nəzir qutusundan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də "Şeyx Səfi" məscidinin nəzir qutusundan 110 manat pul oğurlamaqda şübhəli bilinən Seybətin kənd sakini Ağahüseyn Həbibov tutulub.

Aparılmış əməliyyat tədbirləri ilə onun 2016-cı ilin oktyabr ayından cari il yanvarın 4-dək olan müddətdə rayon ərazisindəki daha 5 məsciddən 85 manat pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti