...

2 milyon rublun qaçaqmalçılıqla ölkədən çıxarılmasının qarşısı alınıb

Hadisə Materials 13 Yanvar 2017 15:20 (UTC +04:00)
2 fakt üzrə 2 milyon rublun qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasının qarşısı alınıb  
2 milyon rublun qaçaqmalçılıqla ölkədən çıxarılmasının qarşısı alınıb

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda “Şıxlı” sərhəd-nəzarət buraxılış məntəqəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat zamanı Gürcüstana gedən 2 Azərbaycan vətəndaşının üzərində müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı həmin şəxslərdən birinin ayaqqabılarının içərisindən gömrük nəzarətindən gizlədilən, gömrük orqanına əvvəlcədən bəyan edilməyən 1 milyon, digərinin üzərindəki gödəkcənin cibindən isə sellofan paketdə bükülü vəziyyətdə 400 min rubl aşkar edilib.

“Sınıq Körpü” gömrük postunda aşkar edilən daha bir valyuta qaçaqmalçılığı faktı üzrə isə Gürcüstana gedən Azərbaycan vətəndaşının üzərindəki gödəkçənin cibindən gömrük nəzarətindən gizlədilən 600 min rubl aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti