...

Cinayət işi başlandı - qəzada tələbələrin ölümü ilə bağlı

Hadisə Materials 9 Mart 2017 11:36 (UTC +04:00)
Bakı-Sumqayıt yolunda 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb.
Cinayət işi başlandı - qəzada tələbələrin ölümü ilə bağlı

Bakı. Samir Əli - Trend:

Bakı-Sumqayıt yolunda 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat veriblər.

Məlumata görə, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, sürücü saxlanılıb.

Hadisəni törədən "50-BN-132" dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğludur.

Qeyd edək ki, səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib. Qəza nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 20-dən çox yaralı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti