...

Siqaret qutularından 6 büküm heroin çıxdı

Hadisə Materials 1 İyun 2017 10:15 (UTC +04:00)
Siqaret qutularından 6 büküm heroin çıxıb.
Siqaret qutularından 6 büküm heroin çıxdı

Bakı. Trend:

Siqaret qutularından 6 büküm heroin çıxıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşına məxsus iki ədəd "Kent" markalı siqaret qutusuna gömrük baxışı keçirilib.

Baxış zamanı, həmin qutuların içərisində, yarıdan qırılmış siqaret gilələrinin altında, hər qutuda 3 büküm olmaqla, cəmi 6 ədəd bükümdə xalis çəkisi 57,259 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti