...

Bakıda 2 ev eyni anda külə döndü

Hadisə Materials 5 İyun 2017 14:16 (UTC +04:00)
Bakıda yanğın faktı qeydə alınıb.
Bakıda 2 ev eyni anda külə döndü

Bakı. Trend:

Bakıda yanğın faktı qeydə alınıb. Trend-ə FHN_dən verilən məlumata görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 264 m² olan mansard tipli birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda digər vətəndaşa məxsus ümumi sahəsi 117 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 99 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti