Bakı. Trend:
Abşeronda yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus 104 m2 olan 1 mərtəbəli 4 otaqlı evin zirzəmisinə yığılmış istıfadəsiz ev əşyaları 4 m2 sahədə, zirzəminin tavanı və 1 otağın döşəməsi 40 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.