...

Salyanda 59 yaşlı kişi sirkə turşusu içib özünü öldürdü

Hadisə Materials 10 İyul 2017 09:30 (UTC +04:00)
Salyan rayonunda 59 yaşlı kişi sirkə turşusu içib.
Salyanda 59 yaşlı kişi sirkə turşusu içib özünü öldürdü

Bakı. Samir Əli - Trend:

Salyan rayonunda 59 yaşlı kişi sirkə turşusu içib. Salyan rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Səmədov küçəsi, ev 15-də baş verib.

Həmin ünvanda yaşayan Axundov Rasim Xankişi oğlu evdə sirkə turşusu içib. R.Axundov ağır vəziyyətdə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Axundov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Salyan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti