...

Mingəçevir su anbarında çimən şəxs batıb

Hadisə Materials 19 İyul 2017 09:46 (UTC +04:00)
Mingəçevir su anbarında çimən şəxs batıb.
Mingəçevir su anbarında çimən şəxs batıb

Bakı. Trend:

Mingəçevir su anbarında çimən şəxs batıb.

Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində su anbarının ərazisində 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1981-ci il təvəllüdlü Bəhmənov Səxavət Şakir oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 08:00-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti